...

Neftin qiymətlərinin hazırkı səviyyəsinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rentabelliyinə aidiyyatı yoxdur - nazir

Energetika Materials 15 İyun 2009 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir E.İsmayılov /

Neftin qiymətlərinin hazırkı səviyyəsinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rentabelliyinə aidiyyatı yoxdur, deyə şənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Türkiyə və Gürcüstan ərazilərində həyata keçirilən tranzitdən gəlir əldə edir və hər bir barel üçün müəyyən edilmiş ödəniş olunur ki, bu da neftin qiymətlərindən asılı deyil", - deyə Əliyev bildirib.

Azərbaycanın hökumət nümayəndələri dəfələrlə qeyd ediblər ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası və işə salınması zamanı onun rentabilliyi hazırda mövcud olan neft qiymətlərindən daha aşağı qiymətlər ilə hesablanıb. Bu səbəbən boru kəmərinin rentabilliyi ilə əlaqədar problem mövcud deyil.

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin ümumi uzunluğu 1768 kmr təşkil edir ki, bunun da 443 km Azərbbaycan, 249 km Gürcüstan, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında, neft ilə doldurulmasına isə 2005-ci ilin mayın 18-də başlanılıb.

Boru kəmərinin tikintisinə dörd milyard dollar vəsait sərf olunub. Bu vəsait inşa işləri və boru kəmərinin doldurulmasına sərf olunub. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bu xərclərə daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir. 

BTC-nın səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); StatoilHydro (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Hess (2,36 faiz).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti