...

Azərbaycanın qazpaylama sisteminə qaz daxil olması artıb

Energetika Materials 17 İyun 2009 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend /

"Yanvar-may aylarında "Azəriqaz" QSC-nin sisteminə 2,6 milyard kubmetr qaz daxil olub. Ötən ilin analoji dövründə bu rəqəm 2,4 milyard kubmetr olub", - SOCAR-ın məlumatında deyilir.

Mayda "Azəriqaz" sisteminə təxminən 553,2 milyon kubmetr məişət qazı daxil olub. Ötən ilin yanvar-aprel aylarında bu həcm 471 milyon kubmetr olub.

Ümumilikdə, 2008-ci ildə "Azəriqaz" sisteminə 5,8 milyard kubmetrdən çox qaz daxil olub. 2007-ci ildə bu rəqəm 5,7 milyard kubmetrə bərabər olub.

Xəbər lenti

Xəbər lenti