...

Türkiyənin Ceyhan limanından 860 tanker neftlə yüklənib

Energetika Materials 7 Avqust 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend /

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Azərbaycan neftinin nəql olunmasına başlanılmasından etibarən  Heydər Əliyev adına neft terminalından Türkiyənin Ceyhan limanına 864 tanker göndərilib. Bu barədə Türkiyənin Cihan informasiya agentliyi Türkiyənin BOTAS dövlət boru kəməri şirkətinin idarə heyətinin başçısı və baş direktoru Salih Paşaoğluna istinadən bildirib. 
Paşaoğlunun bildirdiyi kimi, bu dövr ərzində sözügedən neft terminalı vasitəsilə dünya bazarına 685 milyon barel neft göndərilib.
Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel, onun neft ilə dolduulmasına isə 2005-ci ilin may ayının 18-də başlanılıb.
BTC-nin inşası dörd milyon dollara başa gəlib. Bu, tikinti işlərinin xərcləridir, boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi isə bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.
BTC-nin səhmdarları BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,9 faiz); StatoilHydro (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,5 faiz); ConocoPhillips (2,50 faiz) və Hess (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti