...

ARDNŞ Xəzər dənizində yüksəkdebitli quyu qazacaq

Energetika Materials 11 Sentyabr 2009 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir E.İsmayılov /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bulla Dəniz-82" platformasında qazmağı planlaşdırdığı yeni kəşfiyyat quyusunun nəzərdə tutulan sutkalıq debiti 500 min kubmetr qaz və 80 ton qaz-kondensatdır. Bu barədə cümə günü ARDNŞ-dəki mənbədən deyilib.

"Yeni quyunun qazılmasına bir ay ərzində başlamaq planlaşdırılır. Bu quyudan sutkada 500 min kubmetr qaz və 80 ton qaz-kondensatın alınması planlaşdırılır", - mənbədən bildirilib.

"Hazırda "Bulla Dəniz-82" platformasında yeni quyunun qazılması üçün avadanlıqlar quraşdırılır. Bir ay ərzində qazıntının başlaması planlaşdırılır", - mənbədən deyilib.

Mənbədən deyildiyi kimi, yeni quyunun layihə dərinliyi 6400 metrdir. Yeni quyunun qazılması ARDNŞ-nin "Kompleks qazma işləri" tresti yanında "Sahil" qazma işləri idarəsi tərəfindən aparılacaq.

Bir müddət əvvəl ARDNŞ-nin məlumatında deyildiyi kimi, yataqdan sutkada 450 min kubmetr qaz çıxarılır. ARDNŞ geoloqlarının fikrincə, bu yataqdan qaz hasilatını bir neçə dəfə artırmaq mümkündür.

Azərbaycanda 57 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları quyuda yerləşir. Hazırda ARDNŞ-nin əməkdaşlar ştatı 62 min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti