Azərbaycan, Bakı, 29 sentyabr / Trend /
Yanvar-avqust aylarında Bakı modullu elekrtik stansiyasında proqnozlaşdırılan 340 milyon kilovatt/saat enerjiyə nisbətdə 374 milyon kilovatt/saatdan çox elekrtik enerjisi istehsal edilib, "Azərenerji" SC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
Avqustda elektrik stansiyasında 37,2 milyon kilovatt/saat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılan göstəricidən 3,2 milyon kilovatt/saat çoxdur.
Stansiya 2007-ci ilin fevralında istismara verilib. Sentyabrın 1-nə olan məlumata görə, stansiyanın istismara verildiyi andan 1,5 milyard kilovatt/saata yaxın elektrik enerjisi istehsal edilib.
Elektrik stansiyasının gücü 105 meqavatt təşkil edir və o, 12 aqreqatdan ibarətdir.