...

Qazaxıstan-Çin neft boru kəmərinin nəqletmə gücü iki dəfə artırılacaq

Energetika Materials 15 Oktyabr 2009 18:08 (UTC +04:00)
Qazaxıstan-Çin neft boru kəmərinin nəqletmə gücü ildə 10 milyon tondan 20 milyon tonadək artırılacaq, Qazaxıstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Qazaxstan, Astana, 15 oktyabr / Trend , K.Konırova/

Qazaxıstan-Çin neft boru kəmərinin nəqletmə gücü ildə 10 milyon tondan 20 milyon tonadək artırılacaq, Qazaxıstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Qazaxıstanla Çin əməkdaşlıq sahəsində böyük işlər görüblər, bu barədə bu gün Çin Xalq Respublikasının Baş naziri Ven Çzyabao Pekində Qazaxıstanın Baş naziri Kərim Məsimovla görüşü zamanı qeyd edib, məlumatda deyilir.

"Əsasən konkret qərarlar qəbul olunub və Qazaxıstan-Çin neft boru kəmərinin nəqletmə gücünün ildə 10 milyon tondan 20 milyon tonadək artırılması barədə razılıq imzalanıb. Həmçinin, "Beyneu-Bozoy" qaz kəmərinin tikintisinin ikinci mərhələsi barədə razılıq əldə olunub", - məlumatda deyilir.

"Neft-qaz sektorunda uzun müddətli ikitərəfli əməkdaşlığın yaranması Qazaxıstanla Çin arasında siyasi sahədə qarşılıqlı anlaşmanın olmasına sübutdur", - Ven Çzyabao deyib.

Görüş zamanı həmçinin, maliyyə sahəsində layihələrin reallaşdırılması və transsərhəd çaylardan səmərəli istifadə məsələsi də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti