...

Azərbaycanda neft hasilatı artıb

Energetika Materials 19 Oktyabr 2009 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend /

Yanvar-sentyabr aylarında təxminən 38 milyon ton neft və kondensat hasil edilib ki, bu da 2008-ci ilin yanvar-sentyabr aylarındakı neft və kondensat hasilatı üzrə göstəricidən 8,5 faiz çoxdur, bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən bildirilib.

Yanvar-sentyabr aylarında neft hasilatının əsas həcmi Azərbaycanın beynəlxalq əməliyyat şirkətinin payına düşüb. Şirkət "Azəri-Çıraq-Günəşli" blokunda və "Şah Dəniz" qaz kondensat yatağında 31,5 milyon ton neft və qaz kondensatı hasil edib ki, bu da ötən ilin analoji dövründə olan göstəricidən 10,7 faiz çoxdur.

Yanvar-sentyabr aylarında Azərbaycanda qaz hasilatı 17,3 milyard kubmetrdən çox təşkil edib, ki, bu da 2008-ci ildəkindən 0,6 faiz azdır. "Azəri-Çıraq-Günəşli" və "Şah Dəniz" yataqlarının payına 7,4 milyard kubmetr qaz düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,4 faiz çoxdur.

Yanvar-sentyabr aylarında Azərbaycanda 13,3 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub ki, bu da 2008-ci ilin analoji dövründə istehsal olunan elektrik enerjisindən 10,9 faiz azdır.

Xəbər lenti

Xəbər lenti