Azərbaycan, Bakı, 27 oktyabr / Trend /
Bu ilin doqquz ayı ərzində Sumqayıtda smart-kartların istifadə edilməsi ilə işləyən 2356 qaz sayğacı quraşdırılıb. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin məlumatında deyilir. Eyni zamanda, 1216 adi sayğac quraşdırılıb. Hazırda qaz sayğacları ilə Sumqayıtın 67 338 abunəçisi təmin olunub.
Bundan başqa, yanvar-sentyabr aylarında abunəçilərin enerji tələbatının yaxşılaşdırılması üçün 500 metr uzunluğunda müxtəlif diametrlərdə boru kəmərləri salınıb. Eləcə də qazpaylaşdırıcı avadanlıqların təmiri həyata keçirilib.