...

Gürcüstanda 2009-cu ildə elektrik enerjisinin ixracı rekord həddə çatıb

Energetika Materials 29 Yanvar 2010 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir E.İsmayılov/

Gürcüstanda ötən il elektrik enerjisinin ixracı rekord həddə çatıb. Belə ki, 2008-ci ildəki 498 meqavat-saata nisbətdə 2009-cu ildə elektrik enerjisinin nəqli 641 meqavat-saat təşkil edib. Bu barədə Gürcüstan hökuməti tərəfindən yayılmış məlumatda bildirilib.

Gürcüstan su elektrik stansiyaları vasitəsilə elektrik enerisinin istehsalı 2008-ci ildəki 6950 meqavat-saata nisbətdə 2009-cu ildə 7191 meqavat-saat təşkil edib. Ölkədə istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 2008-ci ildəki 1218 meqavat-saata nisbətdə ötən il 986 meqavat-saat təşkil edib. Gürcüstanda elektrik enerjisinin idxalı 2008-ci ildəki 574 meqavat-saata nisbətdə ötən il 329 meqavat-saat təşkil edib.

Ölkə daxilində elektrik enerjisinin istifadəsi 2008-ci ildəki 8405 meqavat-saata nisbətdə ötən il 7864 meqavat-saat təşkil edib.

Xəbər lenti

Xəbər lenti