...

ARDNŞ Xəzərdə neft-qaz quyusu istismara verib

Energetika Materials 16 Fevral 2010 11:45 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Günəşli" yatağının dayaz hissəsindəki şirkət tərəfindən işlənilən quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə ARDNŞ-in məlumatında deyilir.

Azərbaycan, Bakı, 16 fevral / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Günəşli" yatağının dayaz hissəsindəki şirkət tərəfindən işlənilən quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə ARDNŞ-in məlumatında deyilir.

Hazırda "Günəşli -19" platformasında yerləşən quyudan sutkada təxminən 140 ton neft, 22,5 min kubmetr qaz hasil edilir.

Quyu 2003-cü ildə istismara verilib. İndiyədək bu quyudan 410 min ton neft, 84,5 milyon kubmetr qaz hasil edilib.

Xəbər lenti

Xəbər lenti