...

Azərbaycan və Bolqarıstan sıxılmış təbii qazın Avropaya nəqli layihəsini müzakirə edir

Energetika Materials 12 Mart 2010 16:36 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sıxılmış təbii qazın (CNG) Avropaya nəqli üzrə danışıqları davam etdirir. Martın 11-də Bakıda Azərbaycan qazının Bolqarıstan ərazisi vasitəsilə Avropa bazarlarına nəqli layihəsi üzrə birgə işçi qrupunun iclası keçirilib.
Azərbaycan və Bolqarıstan sıxılmış təbii qazın Avropaya nəqli layihəsini müzakirə edir

Azərbaycan, Bakı, 12 mart / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sıxılmış təbii qazın (CNG) Avropaya nəqli üzrə danışıqları davam etdirir. Martın 11-də Bakıda Azərbaycan qazının Bolqarıstan ərazisi vasitəsilə Avropa bazarlarına nəqli layihəsi üzrə birgə işçi qrupunun iclası keçirilib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

İclasda, həmçinin, "Şahdəniz" konsorsiumu üzrə tərəfdaşların nümayəndələri də iştirak edib.

Birgə işçi qrupu ötən ilin noyabrında ARDNŞ və "Bulgarstansgas" arasında imzalanmış memorandum əsasında yaradılıb.

Layihə üzrə işçi qrupunun növbəti iclası aprelin soununda Sofiyada keçiriləcək.

Bu gün Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində (ARDNŞ-nin Kulevidə neft terminalı var) emalı üzrə terminalın tikintisi və Avropanın daxili qaz şəbəkəsi üzrə gələcək göndərmələr üçün gəmilərin Rumıniya, yaxud Bolqarıstana nəqli məsələsi nəzərdən keçirilir. Layihə iki istiqamətdə nəzərdən keçirilir - LNG və CNG. Birincisi, qazın sıxılması üzrə zavodun tikintisidir, ikincisi isə onun sıxılması üçün vasitəsiz olaraq gəmilərə çatdırılmasıdır. Bu layihə çərçivəsində söhbət 7-20 milyard kubmetr qaz barədə gedir.

Bu il "Şahdəniz" yatağından 7,6 milyard kubmetr qaz hasil etmək planlaşdırılır.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz. Hazırda Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə qaz nəql edilir.

Xəbər lenti

Xəbər lenti