...

ARDNŞ 2010-cu ildə Gürcüstana 50 milyon dollar məbləğində investisiya qoyacaq

Energetika Materials 29 Aprel 2010 15:25 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Gürcüstana 50 milyon dollar məbləğində investisiya qoymaq niyyətindədir.
ARDNŞ 2010-cu ildə Gürcüstana 50 milyon dollar məbləğində investisiya qoyacaq

Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Gürcüstana 50 milyon dollar məbləğində investisiya qoymaq niyyətindədir. Bu barədə Trend-ə SOCAR Georgia Energy-nin rəhbəri Mahir Məmmədov məlumat verib.

O, həmçinin Gürcüstanda Azərbaycan Biznesmenlər Assosiasiyasının sədridir. Bu statusda o, bu gün Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib. Forumda Gürcüstandakı Azərbaycan şirkətlərinin fəaliyyəti müzakirə olunub.

Məmmədov qeyd edib ki, ayrılan məbləğdən 26 milyon dollar qaz layihələrinə, əsasən Gürcüstan regionlarının qazlaşdırılmasına sərf olunacaq. "Həmçinin, Kulevi neft terminalının genişləndirilməsi planlaşdırılıb", - o vurğulayıb.

Məmmədov deyib ki, ARDNŞ bu il Gürcüstanda 28 yeni yanacaqdoldurma stansiyası açmaq və bununla da neft məhsullarının satış şəbəkəsini genişləndirmək niyyətindədir.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribüterlik və marketinqlə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satır.

SOCAR Energy Georgia-nın həmtəsisçiləri ARDNŞ (51%), Petro-Trans FZCO (24,5%) və Vano Çxartişvilidir (24,5%).

Xəbər lenti

Xəbər lenti