...

ARDNŞ Etilen-Polietilen zavodunda əsaslı təmir işlərinə başlayıb

Energetika Materials 5 İyul 2010 17:45 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda əsaslı təmir işlərinə başlanılıb.
ARDNŞ Etilen-Polietilen zavodunda əsaslı təmir işlərinə başlayıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda əsaslı təmir işlərinə başlanılıb. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Təmir işlərinin həyata keçirilməsində "Etilen-polietilen", "Üzvi sintez", "Səthi aktiv maddələr" və Mexaniki-təmir zavodlarının aparıcı təmir briqadaları iştirak edirlər.

Məlumatda deyildiyi kimi, EP-300 kompleksinin əsas aqreqatları olan trubokompressorlarda (М-1, М-4, М-5 və М-6), eləcə də 1-ci və 2-ci düzüm kompressorlarda əsaslı təmir işləri aparılacaq.

Həmçinin, təmir işləri çərçivəsində 150 ton həcmində boruların alınması üçün sifarişlər verilib.

Əsas işlərin tərkibinə 120 metr hündürlüyündə məşəl qurğusunun başlıq hissəsi və su sərinləşdirici qurğuların təmiri də daxildir.

Xəbər lenti

Xəbər lenti