...

İyulda ARDNŞ Gürcüstana qaz ixracını artırıb

Energetika Materials 4 Avqust 2010 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Yanvar-iyul aylarında ARDNŞ Gürcüstana 220 milyon kubmetrə yaxın qaz ixrac edib. Bu barədə ARDNŞ-nin çərşənbə günü yayılan məlumatında deyilir.

Məlumatda qeyd olunduğuna görə, iyulda ARDNŞ tərəfindən Gürcüstana 13 milyon kubmetrə yaxın Azərbaycan qazı ixrac edilib. Bu göstərici iyunda 11,5 milyon kubmetrdən çox olub.

ARDNŞ Azərbaycanın Qazax rayonunda hər iki ölkəni birləşdirən boru kəməri vasitəsilə gürcü bazarında fəaliyyət çərçivəsində Gürcüstana öz qazını tədarük edir. Bu qaz kəməri vasitəsilə qaz vurulmasının gücü ildə üç milyard kubmetrə yaxın təşkil edir.

2008-ci ilin noyabrında Azərbaycan və Gürcüstan arasında 2009-cu ildən etibarən gələcək beş il ərzində ARDNŞ-yə Gürcüstanın qaz bazarında fəaliyyətini aktivləşdirməyə imakan verən saziş imzalanıb. Memoranduma əsasən, ARDNŞ layihənin reallaşdırılması üçün törəmə müəssisəsi "SOCAR Georgia Gas"ı yaradıb ki, bu da Gürcüstan hökumətinin müəyyən etdiyi bəzi qaz istehlakçıları qrupunu (sosial qrupları) təmin edir.

2008-ci il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti Gürcüstanın müxtəlif regionlarını əhatə edən 30 qazpaylayıcı təsərrüfat və şəbəkələrin idarəyə verilməsi haqqında saziş imzalayıblar.

Xəbər lenti

Xəbər lenti