...

Sentyabrda ARDNŞ Gürcüstana qaz ixracını artırıb

Energetika Materials 8 Oktyabr 2010 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 247 milyon kubmetr həcmində qaz ixrac edib. Bu göstərici yanvar-avqustda 233 milyon kubmetr olub. Bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, sentyabrda ARDNŞ Gürcüstana 14,3 milyon kubmetr Azərbaycan qazı ixrac edib. Bu göstərici avqustda təxminən 13,03 milyon kubmetr təşkil edib.

Gürcüstana qaz nəqli şirkətin Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə gürcü bazarındakı fəaliyyəti çərçivəsində həyata keçirilir. Bu kəmərlə qaz ixracının gücü ildə təxminən 3 milyard kubmetr qaz təşkil edir.

2008-ci ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında saziş imzalanıb. Sənəd 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edən "SOCAR Georgia Gas" törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın müxtəlif regionlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti