...

ARDNŞ 2009-cu ildə kapital qoyuluşlarının həcmini açıqlayıb

Energetika Materials 16 Dekabr 2010 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.İsmayılov/

2009-cu ildə ARDNŞ-nin kapital qoyuluşlarının həcmi proqnozlaşdırılan 1,2 milyard manat əvəzinə 785 milyon manatdan çox olub. Bu barədə cümə axşamı ARDNŞ-nin 2009-cu ilin fəaliyyəti üzrə hesabatında deyilir. 2008-ci ildə şirkətin kapital qoyuluşlarının həcmi 914 milyon manata yaxın olub.

2009-cu ildə kapital qoyuluşlarının ümumi həcmindən 318 milyon manat (proqnozlaşdırılandan 18,4 faiz çox) qazma işlərinin, 303 milyon manata yaxın (proqnozlaşdırılandan 59,4 faiz az) tikintinin, 163 milyon manatdan çox (proqnozlaşdırılandan 0,1 faiz az) quraşdırma tələb etməyən avadanlığın, 1,5 milyon manat (proqnozlaşdırılandan 45,1 faiz az) geoloji kəşfiyyat işlərinin payına düşüb.

2008-ci ildə kapital qoyuluşunun ümumi həcmindən 232 milyon manata yaxın (proqnozlaşdırılandan 58,8 faiz çox) qazma işlərinin, 518 milyon manata yaxın (proqnozlaşdırılandan 10,1 faiz az) tikintinin, 162 milyon manatdan çox (proqnozlaşdırılandan 30,9 faiz çox) quraşdırma tələb etməyən avadanlığın, 2,6 milyon manatdan çox (proqnozlaşdırılandan 23 faiz çox) geoloji kəşfiyyat işlərinin payına düşüb.

Xəbər lenti

Xəbər lenti