Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Bazar ertəsi axşam saatlarında Bakının Zabrat qəsəbəsindəki quru neft yatağı yaxınlığında baş verən yanğın bir saat içində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Məlumatlı mənbələr Trend-ə bildiriblər ki, yanğın neft yatağının yaxınlığında bitən qamışlığın alışması nəticəsində əmələ gəlib.
"Vəziyyət yataqdakı neft çıxartmasına təsir eləməyib", deyə agentliyin həmsöhbəti bildirib.
Zabratda quru neft yatağı yaxınlığında yanğın söndürülüb