...

Bakıda imzalanmış qaz bəyannaməsi bütün tərəflər üçün maraq kəsb edir - Avropa Komissiyasının rəhbəri

Energetika Materials 14 Yanvar 2011 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Y.Ostapenko/

Dünən imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" böyük önəm kəsb edir və tərəflərin onun reallaşdırılmasına marağını sübut edir. Bu barədə cümə günü Azərbaycanda səfərdə olan Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo Bakıda jurnalistlərə müsahibəsində bildirib.

"Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" və bir sıra digər sənədlər Avropa Komissiyasının rəhbəri ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cümə axşamı Bakıda imzalanıb.

"Cənub dəhlizi" layihəsi bütün tərəflər üçün maraq kəsb edir. Bu, bir növ "win-win situation" adlanır. Bununla yanaşı, layihə qaz tədarükünü şaxələndirməyə imkan verir ki, bu da Avropa İttifaqı ölkələri üçün birinci növbədə maraq doğurur, o həmçinin Azərbaycanda infrastrukturun inkişafına kömək edir və dünya bazarına çıxmağa imkan verir", - Barrozu bildirib.

Onun sözlərinə görə, "Nabukko" qaz kəməri layihəsi çərçivəsində layihəyə cəlb olunmuş şirkətlərin özləri tərəfindən kommersiya qərarları qəbul edilməlidir.

"Mən "Şahdəniz" yatağı ilə bağlı məsələlər üzrə layihənin reallaşdırılmasına dair gələcək addımları nəzərdə tuturam", - Avropa Komissiyasının rəhbəri deyib.

Avropa İttifaqı üçün bu layihə mühüm əhəmiyyət kəsb edir. Avropa Komissiyası onu "Avropa maraqları layihəsi" adlandırıb. Aİ inanır ki, "Nabukko" layihəsinin reallaşdırılması ciddi iqtisadi əsaslara malikdir, Barrozo qeyd edib.

"Cənub dəhlizi" Aİ üçün prioritet olan enerji layihələrindən biridir. O, enerjidaşıyıcıları marşrutları və mənbələrini şaxələndirilməsini nəzərdə tutur və bununla da, Aİ-nin enerji təhlükəsizliyini artırır. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Bəyaz axın", ITGI (Türkiyə-Yhunanıstan-İtaliya qaz kəməri).

Bu layihələr üçün əsas qaz mənbələrindən biri 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malik olan Azərbaycanın "Şahdəniz" yatağıdır.

Xəbər lenti

Xəbər lenti