...

Yeni "Ümid" yatağının kəşfi Azərbaycanda qaz istehsalını artırmağa imkan verəcək - nazir

Energetika Materials 17 Mart 2011 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorunda yeni "Ümid" yatağının kəşfi Azərbaycana qaz hasilatını artırmağa və Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmağa imkan verəcək. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Azərbaycan bu yatağın kəşfiyyatı üzrə işləri davam etdirir.

"Bu, bizə qaz istehsalını artırmağa və gələcəkdə Azərbaycanla Aİ arasında sıx əlaqələrin qurulması üçün daha çox imkanlar verir. Hazırda bu istiqamətdə böyük iş aparılır", - Əliyev bildirib.

ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, yataqda ehtiyatların həcmi 250 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat təşkil edir.

Bir müddət əvvəl ARDNŞ rəhbəri Rövnəq Abdullayevin dediyi kimi, apreldə şirkət ikinci kəşfiyyat quyusunun qazılmasına hazırlaşır.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti