...

"SOCAR Trading" Nigeriya şirkəti ilə ticarətə başlayır

Energetika Materials 8 Aprel 2011 18:42 (UTC +04:00)
ARDNŞ-nin neft və neft məhsullarının satışı ilə məşğul olan treyder şirkəti - "SOCAR Trading" NNPC şirkəti ilə Nigeriya neftinin dünya bazarlarında satışına dair müqavilə imzalayıb.
"SOCAR Trading" Nigeriya şirkəti ilə ticarətə başlayır

Azərbaycan, Bakı, 8 aprel /Trend/

ARDNŞ-nin neft və neft məhsullarının satışı ilə məşğul olan treyder şirkəti - "SOCAR Trading" NNPC şirkəti ilə Nigeriya neftinin dünya bazarlarında satışına dair müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

Nigeriyanın NNPC dövlət neft şirkəti bu il ərzində sutkada 30 min barel neftin nəqli üçün "SOCAR Trading" şirkətini yükgöndərən seçib. 1 il müddətinə bağlanan müqavilənin icrası mayın 1-dən başlayacaq.

"SOCAR Trading"in Nigeriya nümayəndəliyi 2009-cu ilin noyabrından fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti