...

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yeni nəzarət-kassa aparatları tətbiq olunacaq

Energetika Materials 11 İyul 2011 17:49 (UTC +04:00)
Nazirlər Kabineti Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında qərar qəbul edib.
Azərbaycanda yanacaqdoldurma məntəqələrində yeni nəzarət-kassa aparatları tətbiq olunacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Nazirlər Kabineti Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında qərar qəbul edib.

Qərara uyğun olaraq, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına tapşırılıb ki, yanacaqdoldurma məntəqələrində tətbiq olunması üçün xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilən, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən nəzarət-kassa aparatlarının Dövlət reyestrinə daxil edilməsini təmin etsin.

Bu qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş yeni nəzarət-kassa aparatları ilə əvəz olunur.

Azərbaycan Vergilər Nazirliyinə yanacaqdoldurma məntəqələrində Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının tətbiqini təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti