...

Azərbaycanda qaz istehlakı xeyli azalıb

Energetika Materials 3 Avqust 2011 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir E.İsmayılov/

Avqustun 3-nə olan məlumata görə, Azərbaycanda qaz istehlakı qış mövsümü ilə müqayisədə 3 dəfədən çox azalıb. Bu barədə çərşənbə günü ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindəki mənbə deyib.

Mənbənin sözlərinə görə, hazırda Bakıda qaz istehlakı sutkada 3 milyon kubmetrdən bir qədər çoxdur. Azərbaycanda istifadə olunan qazın çox hissəsi Bakının payına düşür.

"Qış mövsümündə göstərici sutkada 11-12 milyon kubmetr təşkil edirdisə, indi bu, 3,2-3,3 milyon kubmetrə yaxındır", - mənbə qeyd edib.

Onun sözlərinə görə, yay mövsümündə istehlakçılar arasında qaz istehlakının azalması normaldır, çünki havanın hərarəti artıqca, həm də Azərbayacn ərazisində son günlər müşahidə edilən anomal istilərdə qaza olan tələbat azalır.

Xəbər lenti

Xəbər lenti