• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Energetika

Belarusun Mərkəzi televiziyasının çəkiliş qrupu "Azərikimya" İB-də olub (FOTO)

2 Dekabr 2011 18:11 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Azərbaycan, onun bu günü və sabahı ilə bağlı geniş süjetlər hazırlayan Belarus televiziyasının çəkiliş qrupu dekabrın 1-də Sumqayıtda olub. Gənclik şəhərinə olan maraq həm də Belarusun iri sənaye mərkəzlərindən olan, Dnepr üzərində yerləşən Mogilyov şəhəri ilə Xəzər qoynundakı Sumqayıtın dostluq və qardaşlıq əlaqələrinin son zamanlar daha da genişlənməsindən irəli gəlir.

ARDNŞ-nin "Azərikimya" İB-dən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycan və Belarus nümayəndə heyətlərinin bu il növbəti qarşılıqlı səfərləri zamanı iki ölkə və bu iki qardaşlaşmış şəhər arasında iqtisadi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı görüşlər keçirilib, ikitərəfli əlaqələrin daha səmərəli, qarşılıqlı faydalı olaraq qurulması üçün geniş fikir mübadiləsi aparılıb, maraqlı təkliflər irəli sürülüb. Əhalisinin sayına və neft-kimya sənayesinin şəhərin iqtisadiyyatındakı xüsusi çəkisinə görə Sumqayıtla təxminən eyni olan Mogilyovla və bütünlükdə Belarusla iqtisadi əlaqələrin, inteqrasiya proseslərinin gücləndirilməsi son illərdə hər iki tərəf üçün xüsusilə faydalı olub.

Belarusun Mərkəzi televiziyasının çəkiliş qrupuna İB rəhbərliyinin verdiyi müsahibədə bu məqamlardan, Azərbaycanla Belarus arasındakı münasibətlərin son illər daha da möhkəmlənməsindən söz açılıb, respublikamızın neft-kimya sənayesi üçün bir çox mühüm avadanlığın və xammalın Belarusdan alındığı barədə məlumat verilib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Birlik rəhbərliyi "Azərikimya"nın dünəni və bu günü, həm də perspektivi - yeni və daha müasir neft-kimya kompleksinin, kiçik və orta biznesin inkişafında mühüm rol oynayacaq Sumqayıt sənaye şəhərciyinin yaradılacağı haqqında geniş məlumat verib, neft və qaz emalı, həmçinin neft-kimya sahəsində Belarus həmkarlarının Avropaya inteqrasiya etmə təcrübəsinin, neft-kimya sahəsini daha da inkişaf etdirmək üçün zəngin elmi-texniki bazasının Azərbaycan üçün də faydalı ola biləcəyini, birgə müəssisələrin yaradılmasının mümkünlüyünü və vacibliyini diqqətə çatdırıb.

Müsahibə zamanı Belarus teleəməkdaşlarının suallarına cavab olaraq Sumqayıtda yaxın zamanlarda idmanın, həmçinin futbolun inkişafı istiqamətində görülən tədbirlərdən, o cümlədən şəhərdə 15 min tamaşaçı yerinə malik olacaq yeni stadionun inşa ediləcəyi, Mogilyovla Sumqayıt arasında iqtisadi əlaqələrlə yanaşı, sosial-mədəni əlaqələrin də inkişaf etdirilməsinin vacibliyi barədə söhbət açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Azərbaycan nefti bahalaşıb
Energetika 22 Fevral 23:38
Bakı-Quba yolunun dağılmış hissəsi bu il yenidən qurulacaq
Energetika 22 Fevral 12:13
Azərbaycan qaz hasilatını artıracaq
Energetika 20 Fevral 23:30
Bolqarıstanlı nazir: "Cənub Qaz Dəhlizi" bütün Aİ-nin enerji təhlükəsizliyini möhkəmləndirəcək
Energetika 20 Fevral 19:05
Nazir: "Cənub Qaz Dəhlizi"nə yeni ölkələr qoşula bilər
Energetika 20 Fevral 16:08
Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir
Energetika 20 Fevral 15:53
Xəbər lenti
Kim Çen Inın qatarı Şimali Koreya ilə Çin sərhədini keçib
Dünya xəbərləri 23 Fevral 23:45
Görkəmli ədib Abdulla Şaiqin xatirəsi anılıb (FOTO)
Mədəniyyət 23 Fevral 22:20
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib (FOTO)
Gündəm 23 Fevral 21:46
La Liqa: “Sevilya” doğma meydanda “Barselona” ilə bacara bilmədi
İdman 23 Fevral 21:12
Bərdə sakinindən narkotik vasitələr, odlu silah və saxta əsginaslar götürülüb
Hadisə 23 Fevral 20:59
Hindistanda tikiş fabrikində partlayış: 10 nəfər ölüb
Dünya xəbərləri 23 Fevral 20:36
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu (VİDEO)
İdman 23 Fevral 19:59
Çində ağır yol qəzası - Çoxsaylı ölü və yaralı
Dünya xəbərləri 23 Fevral 19:36
İndoneziya sahillərində 5 bal gücündə zəlzələ baş verib
Dünya xəbərləri 23 Fevral 18:55
Ən çox oxunanlar
MTRŞ sədri: Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər (ÖZƏL)
MTRŞ sədri: Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər (ÖZƏL)
Sumqayıtda marşrut avtobusu qəzaya uğradı - 31 sərnişin xəstəxanada
Baş mühəndis: Gələcəkdə Bakı metrosunda qatarlar radiodalğalarla idarə olunacaq (MÜSAHİBƏ)
Daşkəsəndə dayı bacısı qızını qaçıranın başını kəsdi
Nəzər nöqtəsi
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

Prezident İlham Əliyevin fərmanı Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinin yüksək qayğı ilə əhatə olunduğunu təsdiq edir
Politoloq: Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri