...

Türkiyənin TPAO şirkəti Şimali Kiprdə qazma işlərinə başlayır

Energetika Materials 3 Aprel 2012 15:22 (UTC +04:00)
Türkiyənin TPAO neft-qaz korporasiyası 15 gün ərzində Şimali Kipr ərazisində quyunun qazılmasına başlayacaq.
Türkiyənin TPAO şirkəti Şimali Kiprdə qazma işlərinə başlayır

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin TPAO neft-qaz korporasiyası 15 gün ərzində Şimali Kipr ərazisində quyunun qazılmasına başlayacaq. Bunu TPAO-nun baş direktoru Mehmet Uysal deyib. Bu barədə Trend çərşənbə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.

Uysalın sözlərinə görə, ilk işlər Maqosedəki "Türkyurdu-1" quyusunda aparılacaq.

Nikosiyanın yunan və türk hissələrinə ayrılmış adanın sahillərindəki şelfin işlənməsi üzrə fəaliyyətə başlamasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanat verib ki, Ankara ŞKTR ilə birlikdə bir həftə ərzində Şimali Kiprin "xüsusi iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.

Bundan sonra, oktyabrın 21-də Türkiyə hökuməti və ŞKTR Prezidenti Dərviş Eroğlu Nyu Yorkda neft-qaz kəşfiyyatı və hasilatı üzrə işləri aparmaq üçün şelfin sərhədi haqqında saziş imzalayıblar. İmzalanma mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti