...

ARDNŞ iri yataqda yeni quyuların paralel istismarı layihəsini hazırlayır

Energetika Materials 10 Aprel 2012 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Ümid" yatağında yeni quyuların paralel istismarı və qazılması üzrə layihə hazırlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

"Şirkət yaxın vaxtlarda yataqdakı ikinci quyu haqqında məlumat alacaq", - Addullayev deyib.

Bu yatağın işlənməsi layihəsinə xarici investorların cəlb edilməsi məsələsinə toxunan Abdullayev qeyd edib ki, layihəyə yeni iştirakçıların cəlb edilməsi üzrə planlar yoxdur və şirkət öz vəsaitləri hesabına "Ümid" yatağında işləri davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti