...

İran Xəzərdə iri yataq kəşf edib

Energetika Materials 10 May 2012 13:26 (UTC +04:00)
İran Xəzərdə iri neft yatağı aşkar edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı MEHR agentliyi xəbər verib.
İran Xəzərdə iri yataq kəşf edib

Azərbaycan, Bakı, 10 may / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İran Xəzərdə iri neft yatağı aşkar edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı MEHR agentliyi xəbər verib.

İlkin məlumata görə, yeni yataq 8-10 milyard barelə qədər neft ehtiyatlarına malikdir.

Məlumatda deyilir ki, bu faktla bağlı rəsmi bəyanat İranın neft naziri Rüstəm Qasimi tərəfindən bir qədər sonra veriləcək.

2011-ci ildə İran özünün Xəzərdəki sektorunda 50 trilyon kub futa yaxın ehtiyatlara malik qaz yatağı aşkar edib.

İran Xəzər dənizində ilk qazma platforması "Əmir Kəbir"i 2009-cu ildə işə salıb. Platforma "Sedra" şirkəti tərəfindən tikilib və iranlı mühəndislər tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti