...

ARDNŞ işçi heyəti üçün ixtisasartırma kursları təşkil edir

Energetika Materials 6 Sentyabr 2012 17:23 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) strukturunun modernləşdirilməsi və yenidən qurulması çərçivəsində işçi heyətinin müəyyən hissəsinin ixtisası artırılır.
ARDNŞ işçi heyəti üçün ixtisasartırma kursları təşkil edir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) strukturunun modernləşdirilməsi və yenidən qurulması çərçivəsində işçi heyətinin müəyyən hissəsinin ixtisası artırılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, iş həcminin azaldığı sahələrdə işləyən ARDNŞ əməkdaşlarının işlə təmin edilməsi üçün digər ixtisaslar üzrə ixtisasartırma kursları təşkil edilir, bundan sonra onlara yeni iş yerləri təklif edilir.

"Bu, zamanın tələbidir və ARDNŞ-nin beynəlxalq şirkətə çevrilməsi prosesinin tərkib hissəsidir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ əməkdaşları Dövlət Şirkətinin Bakı və Sumqayıtdakı xüsusi tədris mərkəzlərində kurslar keçirlər.

Sənaye ərazilərində qanunsuz tikililərin sökülməsi məsələsinə toxunan Abdullayev qeyd edib ki, hazırda həmin tikililərin sökülməsi aparılmır. Buna rəğmən, əsas diqqət yeni qanunsuz tikililərin inşasının qarışını almağa yönəldilir.

Abdullayev deyib ki, əgər artıq inşa edilən tikili sənaye istehsalat prosesinə mane olursa, ARDNŞ məhkəməyə müraciət edir.

Xəbər lenti

Xəbər lenti