Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin Geogizika və Geologiya İdarəsi qurudakı Naftalan-Şimali Naftalan yataqlarında üçölçülü seysmik tədqiqatlara başlayıb. Bu barədə cümə günü İdarənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, şirkətin "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilir.
Tədqiqat ərazinin geoloji quruluşunun öyrənilməsi, neftli-qazlı layların proqnozlaşdırılması məqsədilə aparılır.