...

ARDNŞ: BP 2013-cü ildə "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı sabit saxlamaq üçün işlər aparır

Energetika Materials 26 Noyabr 2012 15:58 (UTC +04:00)
"BP Azerbaijan" şirkəti 2013-cü ildə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda sabit hasilatı təmin etmək üçün zəruri işlər aparır.
ARDNŞ: BP 2013-cü ildə "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı sabit saxlamaq üçün işlər aparır

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.İsmayılov/

"BP Azerbaijan" şirkəti 2013-cü ildə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda sabit hasilatı təmin etmək üçün zəruri işlər aparır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, yataqlar blokunda sabit hasilat həcmlərini təmin etmək məqsədilə mövcud quyuların normal fəaliyyətini təmin etmək və nəzərdə tutulan qazma işləri üzrə proqramı həyata keçirmək lazımdır.

Yusifzadənin sözlərinə görə, məsələn, bu il BP şirkəti yeni 8 quyuda qazma işlərini başa çatdırmalı idi, lakin yekunda yalnız 2 quyuda qazma işləri tamamlanıb.

"Müvafiq olaraq, AÇG-də neftin sabit hasilat həcmini təmin etmək üçün yeni quyuların qazılmasını təmin etmək və artıq mövcud olan quyuların istismarını davam etdirmək lazımdır.

O bildirib ki, hazırda gələn il AÇG-də hasilat həcmini sabitləşdirmək üçün bütün lazımi işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti