...

Azərbaycan alternativ enerji mənbələrinin gücünü 2 min meqavata çatdıracaq

Energetika Materials 23 Yanvar 2013 14:24 (UTC +04:00)
İlkin hesablamalara görə, Azərbaycanda enerji istehsalında alternativ və bərpa edilən enerji mənbələrinin payının 20 faizə çatdırılması üçün tələb olunan vəsaitin ümumi həcmi 7 milyard manata yaxındır.
Azərbaycan alternativ enerji mənbələrinin gücünü 2 min meqavata çatdıracaq

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir A.Bədəlova /

İlkin hesablamalara görə, Azərbaycanda enerji istehsalında alternativ və bərpa edilən enerji mənbələrinin payının 20 faizə çatdırılması üçün tələb olunan vəsaitin ümumi həcmi 7 milyard manata yaxındır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Sənaye və Energetika Nazirliyinin İnvestisiyalar şöbəsinin rəhbəri, INOGATE proqramının milli əlaqələndiricisi Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, planlara uyğun olaraq 2020-ci ilədək alternativ enerji mənbələrinin generasiyasının gücü iki min meqavata çatdırılacaq.

"İnvestorlar üçün lazımi şəraitin yaradılması məqsədilə zəruri normativ-hüquqi bazanın formalaşdırılması üzrə işlər aparılır. Habelə "Alternativ enerji haqqında" və "Enerji effektivliyi haqqında" qanun layihələri hazırlanıb və 40-a qədər ikinci dərəcəli normativ akta baxılıb. Bütün bu işlər investorlar üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur", - Rzayev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə alternativ enerjinin inkişafı üzrə bütün lazımi işlər görülür, bu sahədə müxtəlif layihələr reallaşdırılır. O cümlədən, alternativ enerjinin inkişafına ölkənin dövlət büdcəsindən son dörd il ərzində 100 milyon dollara qədər vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti