...

Ötən il Azərbaycanda 60 çoxmərtəbəli binaya təbii qaz verilib

Energetika Materials 7 Fevral 2013 18:37 (UTC +04:00)
2012-ci ildə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, dövlət qəbul komissiyasından keçmiş və müvafiq istismara qəbul aktı almış 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.
Ötən il Azərbaycanda 60 çoxmərtəbəli binaya təbii qaz verilib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

2012-ci ildə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, dövlət qəbul komissiyasından keçmiş və müvafiq istismara qəbul aktı almış 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təkcə cari ilin yanvar ayında 13 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilib ki, bunların da 8-i Bakı şəhəri, 5-i isə Mingəçevir şəhəri, Abşeron, Göyçay və Lerik rayonlarında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti