...

Çavesin ölümü Rusiyanın neft şirkətlərinin gələcək planlarına təsir edə bilər

Energetika Materials 7 Mart 2013 00:28 (UTC +04:00)
Venesuela prezidenti Uqo Çavesin ölümü Rusiyanın neft şirkətlərinin uzunmüddətli planlarına təsir edə bilər.
Çavesin ölümü Rusiyanın neft şirkətlərinin gələcək planlarına təsir edə bilər

Azərbaycan, Bakı, 7 mart /Trend/

Venesuela prezidenti Uqo Çavesin ölümü Rusiyanın neft şirkətlərinin uzunmüddətli planlarına təsir edə bilər. Trend-in RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, Çavesin ölümü ilə əlaqədar olaraq, təhlilçilər proseslərin gedişatı ilə bağlı ciddi düşünürlər. Onların fikrincə, əsas məsələ Çavesi kimin əvəzləyəcəyidir.

Məlumatda deyilir ki, Rusiyanın neft şirkətləri Venesuelada uzunmüddətli müqavilələr əsasında işləyirlər. Onlar 2020-ci ilədək Venesuelanın neft sektoruna 17.6 milyard dollar investisiya qoyacaq. Lakin ekspertlərin fikrincə, sərmayənin məbləği siyasi perspektivdən asılı olaraq, azala bilər.

Rusiyalı ekspertlər hesab edirlər ki, Çavesin ölməsi ilk növbədə, "Rosneft" şirkətinin Venesueladakı fəaliyyətinə mənfi təsir göstərə bilər. Lakin bəzi müşahidəçilər daha optimistdirlər.

Qeyd edək ki, Rusiyanın sənaye naziri Denis Manturov jurnalistlərin suallarını cavablandırarkən, Venesuelada dövlət başçısının dəyişməsinin Rusiya şirkətlərinin bu ölkədəki fəaliyyətinə təsir etməyəcəyini deyib.

Xatırladaq ki, Rusiyanın "Rosneft" şirkəti "Xunin-6" karbohidrogen layihəsində işləyir. Bununla yanaşı, Rusiyanın "Qazprom neft", LUKOYL və Surqutneft şirkətləri də bərabər payla Venesuelada fəaliyyət göstərir.

"Rosneft"in nümayəndələrinin son açıqlamalarında isə bildirilib ki, onlar bu yaxınlarda daha ciddi karbohidrogen layihəsində iştiraka hazırlayırlar.

Xəbər lenti

Xəbər lenti