Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.İsmayılov/
"Astara" elektrik stansiyası bu ilin yanvar-fevral aylarında 49,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə çərşənbə günü Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.
Məlumata görə, fevral ayında elektrik stansiyası 23,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
87 meqavat gücə malik "Astara" elektrik stansiyası 10 aqreqatdan ibarətdir.