...

Azərbaycanın bəzi rayonlarında qaz yoxdur

Energetika Materials 15 May 2013 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar bu gün, mayın 15-də saat 20.00-dək Azərbaycanın üç rayonuna qazın verilməsində məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-in (Aərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin (İB) yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, məhdudiyyətlər Sabirabad, Saatlı və İmişli rayonlarında müşahidə olunacaq.

"Azəriqaz" İB Azərbaycan ərazisində qazın paylanması və satışı məsələləri ilə məşğul olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti