Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/
2013-cü ilin yanvar-aprel ayları ərzində Sumqayıt Elektrik Stansiyası 1 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt və Abşeron yarımadasının enerji təminatında əhəmiyyətli rol oynayan stansiya tərəfindən aprel ayında təqribən 210,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.