...

Sudan Cənubi Sudandan neft nəqlini dayandırdı

Energetika Materials 9 İyun 2013 01:04 (UTC +04:00)
Sudan Prezidenti Ömər əl-Bəşir Cənubi Sudandan neft nəqlinin dayandırılması barədə sərəncam imzalayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Sudan Cənubi Sudandan neft nəqlini dayandırdı

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Sudan Prezidenti Ömər əl-Bəşir Cənubi Sudandan neft nəqlinin dayandırılması barədə sərəncam imzalayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

BBC-nin Sudan radiosuna istinadən yaydığı xəbərə görə, qəbul edilmiş qərarın təfərrüatları barədə hələ məlumat verilmir.

Bundan əvvəl Sudan Prezidenti bildirmişdi ki, əgər Cənubi Sudan hökuməti bu ölkənin ərazisində fəaliyyət göstərən üsyançılara dəstəyi dayandırmasa, belə bir addım atacaq.

"Royters" agentliyinin məlumatına görə, Cənubi Sudan rəsmiləri artıq bəyan ediblər ki, tranzitin mümkün dayandırılması haqqında bilmirdilər və üsyançıları dəstəkləmirlər.

Cənubi Sudanın informasiya naziri Barnaba Benyamin bildirib: "Biz bu barədə heç nə eşitməmişik. Bundan əvvəl fasiləsiz nəql üzrə razılığa gəlmişik".

Qeyd edək ki, 2011-ci ildə dövlətin iki hissəyə ayrılmasından sonra neft yataqlarının əksəriyyəti Cənubi Sudanın ərazisində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti