...

Dünya Bankı: Enerji resurslarının bahalaşması Avropa və Mərkəzi Asiya regionunda yoxsulluğun səviyyəsini artıra bilər

Energetika Materials 27 İyun 2013 19:16 (UTC +04:00)
Əhali üçün elektrik enerjisi və qaz tariflərinin artırılması Avropa və Mərkəzi Asiya regionu ölkələrində (Azərbaycan da bu regiona daxil edilib) yoxsulluğun səviyyəsini artıra bilər.
Dünya Bankı: Enerji resurslarının bahalaşması Avropa və Mərkəzi Asiya regionunda yoxsulluğun səviyyəsini artıra bilər

Azərbaycan, Bakı, 27 iyun/Trend, müxbir E. Əliyev/

Əhali üçün elektrik enerjisi və qaz tariflərinin artırılması Avropa və Mərkəzi Asiya regionu ölkələrində (Azərbaycan da bu regiona daxil edilib) yoxsulluğun səviyyəsini artıra bilər. Xüsusilə bu, yoxsulluğun səviyyəsinin nisbətən az olduğu ölkələrdə baş verə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dünya Bankının (DB) "Balans: əlverişliyin qorunması zamanı enerji subsidiyaların azalması" hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, resurslarla zəngin olan ölkələrdə (Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan) investisiyalara tələbat xüsusilə aktual olacaq.

DB hesab edir ki, regionun bəzi ölkələri, o cümlədən Azərbaycan enerji daşıyıcıları üzrə dünya qiymətlərinin dəyişməsindən daha az asılıdır: "Bu, öz enerji tələbatlarını qarşılamaq üçün idxaldan asılı olmayan region ölkələrinə (Türkmənistan, Qazaxıstan, Azərbaycan, Rusiya) aiddir. Eyni zamanda altı ölkədə (Moldova, Belarus, Slovakiya, Ermənistan, Türkiyə, Litva) tələbatın 90 faizindən çoxunu idxal ödəyir. Bu ölkələrdə dünya qiymətlərindən asılılıq daha çoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti