Azərbaycan, Bakı, 10 iyul /Trend/
"Ələt-dəniz" yatağındakı 63-cü özüldən 23 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Sahil" Qazma İşləri İdarəsi tərəfindən VII horizonta qazılan quyu 3847-3837 metr intervaldan sutkalıq 70 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə qazılıb.