...

Dövlət Neft Fondunun aktivləri Azərbaycan ÜDM-nin yarısına bərabərdir

Energetika Materials 2 Sentyabr 2013 18:47 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkənin neft strategiyasının əsas komponentlərindən biridir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II "Dəyişən dünyada Cənubi Qafqaz" forumunda deyib.
Dövlət Neft Fondunun aktivləri Azərbaycan ÜDM-nin yarısına bərabərdir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkənin neft strategiyasının əsas komponentlərindən biridir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II "Dəyişən dünyada Cənubi Qafqaz" forumunda deyib.

Mövsümov bildirib ki, ölkə müstəqillik əldə etdikdən sonra əsas problemlərdən biri neft sənayesinin inkişafı olub: "Bu çağırışlara cavab ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış milli neft strategiyası oldu. Nəticədə qısa müddət ərzində neft hasilatının həcmini xeyli artırmağa nail olundu. Sonrakı tapşırıq hasil edilən neftin dünya bazarına nəql edilməsi, yəni boru kəmərlərinin çoxvektorlu sisteminin tikintisi məsələsinin həlli oldu. Bu tapşırıq da uğurla yerinə yetirildi. Nəticədə ölkəyə xeyli neft-qaz gəlirləri daxil olmağa başladı".

Onun sözlərinə görə, sonra isə bu gəlirlərin rasional istifadəsi məsələsi aktuallıq qazandı.

İcraçı direktor deyib: "Resurslarla zəngin olan ölkələrin asılılığa düşdüyü kifayət qədər nümunələr var. Biz bu təcrübədən ona görə istifadə etdik ki, xüsusi çərçivələr yaratmaqla gələcəkdə mümkün problemləri aradan qaldıraq və 1999-cu ildə ARDNF yaradıldı. Fondun məqsədi neft-qaz gəlirlərini xaricə investisiya etməklə gəlirlərin idarə edilməsidir. ARDNF yaradılarkən Fondun aktivləri 270 milyon dollar təşkil edirdi. Hazırda bu rəqəm 35 milyard dollara bərabərdir. Ölkə ÜDM-nin yarısına bərabər olan bu vəsaitlər xaricə investisiya edilir. ARDNF-nin yaradılması yerli iqtisadiyyatın davamlılığını xeyli gücləndirdi".

Onun sözlərinə görə, Fondda toplanan vəsait Azərbaycan xalqının sərvətidir və bu, müəyyən məsuliyyət qoyur.

Mövsümov bildirib: "Biz xalq qarşısında da hesabat veririk və buna görə də fəaliyyətimizin şəffaf olmasına böyük diqqət ayırırıq. Hər il müvafiq auditor yoxlaması aparılır, audit hesabatları dərc edilir. Azərbaycanın hər bir vətəndaşının Fondun fəaliyyəti barədə informasiyaya sərbəst çıxış imkanı var və bu, şəffaflığın ən yüksək dərəcəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti