...

Sentyabrın 30-da Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 1 Oktyabr 2013 11:46 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 110,74 dollar/barel təşkil edib.

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 110,74 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 1,48 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 110,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,48 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 30-da 106,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 30-da 108,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti