...

"Qazprom"un rəhbəri: Ermənistana ixrac edilən qazın qiyməti Rusiyanın daxilindəki qiymətlərə uyğun olacaq

Energetika Materials 2 Dekabr 2013 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Bu gün Ermənistanın Razdan İstilik Elektrik Stansiyasının (İES) V enerji blokunun irimiqyaslı istismarına başlanılıb. Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, İES 2012-ci ilin yanvarından sınaq rejimində işləməyə başlayıb.

Bununla bağlı keçirilən mərasimdə "Qazprom" ASC-nin İdarə heyətinin sədri Aleksey Miller və "ArmRosqazprom" QSC-nin İdarə heyətinin sədri və baş direktoru Vardan Arutyunyan iştirak ediblər.

A.Miller çıxışında deyib ki, bu gün "Qazprom" tərəfindən "ArmRosqazprom"un səhmlərinin 20 faizinin əldə edilməsinə dair sənəd imzalanacaq:

"Bununla da "Qazprom" şirkətin bərabərhüquqlu sahibi olacaq. Bu gün, həmçinin Ermənistan üçün çox vacib olan qaz tədarükləri haqqında müqavilə imzalanacaq. Rusiyanın daxilindəki qazın qiymətlərinə uyğun yeni qiymət müəyyənləşdiriləcək. Şübhəsiz ki, bu, Ermənistanın sosial-iqtisadi inkişafı üçün güclü təkan olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti