...

Türkiyə iki neft və qaz satışı şirkətinin lisenziyasını ləğv edib

Energetika Materials 9 Yanvar 2014 11:18 (UTC +04:00)
Türkiyənin enerji bazarının tənzimlənməsi orqanı EPDK "OMV Petrol Ofisi" (POAŞ) və "Shell & Turcas Petrol" neft məhsulları və qaz satışı şirkətlərinin lisenziyasını ləğv edib.
Türkiyə iki neft və qaz satışı şirkətinin lisenziyasını ləğv edib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin enerji bazarının tənzimlənməsi orqanı EPDK "OMV Petrol Ofisi" (POAŞ) və "Shell & Turcas Petrol" neft məhsulları və qaz satışı şirkətlərinin lisenziyasını ləğv edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Haber 7" telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, "OMV Petrol Ofisi" (POAŞ) EPDK-yə neft məhsulları və qaz satşı üzrə lisenziyanın bərpa edilməsi ilə bağlı müraciət edib.

Bir müddət əvvəl Türkiyənin kütləvi informasiya vasitələri xəbər vermişdi ki, Türkiyədə iri sərmayəçi olan ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Avstriyanın OMV şirkətinin "Doğan Holding"in tərkibinə daxil olan Petrol Ofisi (POAŞ) şirkətindəki payını almaq istəyir.

Petrol Ofisi Türkiyədəki yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. OMV özünün Petrol Ofisi şirkətindəki payını sataraq Türkiyə bazarını tamamilə tərk etməyi planlaşdırır.

Hazırda Avstriyanın OMV şirkəti Petrol Ofisində 95,75 faiz iştirak payına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti