...

Azərbaycan yanvarda qaz hasilatının həcmini cüzi artırıb

Energetika Materials 17 Fevral 2014 14:15 (UTC +04:00)
2014-cü ilin yanvarında Azərbaycanda 3,6 milyon ton neft və qaz kondensatı hasil olunub. 2012-ci ilin müvafiq dövründə isə bu göstərici təqribən 3,8 milyon ton təşkil edib.
Azərbaycan yanvarda qaz hasilatının həcmini cüzi artırıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin yanvarında Azərbaycanda 3,6 milyon ton neft və qaz kondensatı hasil olunub. 2012-ci ilin müvafiq dövründə isə bu göstərici təqribən 3,8 milyon ton təşkil edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

2013-cü ildə Azərbaycanda cəmi 43,1 milyon ton neft və qaz kondensatı hasil olunub. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton olub.

Məlumata görə, ötən il neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və əcnəbi tərəfdaşlarla birgə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvarda qaz hasilatının həcmi 1,6 milyard kubmetr olub. 2013-cü ilin analoji dövründə bu göstərici 1,54 milyard kubmetr təşkil edib.

2013-cü ildə Azərbaycanda 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub, 2012-ci ildə bu rəqəm 17,24 milyard kubmetr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti