...

"Darvin bankası" yatağında yeni özül quraşdırılacaq

Energetika Materials 28 Mart 2014 17:11 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin sifarişi əsasında “Darvin bankası” yatağında yeni 750 saylı stasionar dəniz özülünün inşası nəzərdə tutulub.
"Darvin bankası" yatağında yeni özül quraşdırılacaq

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Azneft" İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-nin sifarişi əsasında "Darvin bankası" yatağında yeni 750 saylı stasionar dəniz özülünün inşası nəzərdə tutulub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı "Neftqaztikinti" Trestidir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 8,5-9 metr dərinliyində yerləşdiriləcək. 8 bloklu özüldə ən müasir qazma avadanlığı, 36 nəfərlik vaqon tipli yaşayış evləri, yükqaldırma qabiliyyəti 30 ton olan qaldırıcı kran, yanğından mühafizə sistemi, mini biloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlar quraşdırılacaq.

Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik generatoru yerləşdiriləcək. İnşaat və istismar müddətində özüldə ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti