...

ARDNŞ və FHN neft çənində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 24 Aprel 2014 12:12 (UTC +04:00)
Neft Şirkətindən Trend-ə verilən məlumata görə, aprelin 24-də, səhər saat 09:40 radələrində "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.
ARDNŞ və FHN neft çənində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft çənində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Neft Şirkətindən Trend-ə verilən məlumata görə, aprelin 24-də, səhər saat 09:40 radələrində "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.

Hadisə yerinə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.

Çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatda isə bildirilir ki, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində həcmi 2000 kub olan neft çənində yanğınla nəticlənən partlarış baş verib. Nəticədə çənin içərisində olan neft qalıqları yanıb, yüksək temperaturdan çən deformasiyaya uğrayıb. Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti