...

INOGATE təhsil proqramının təkmilləşdirilməsində Azərbaycan universitetinə yardım edir

Energetika Materials 5 May 2014 11:11 (UTC +04:00)
Avropa İttifaqinın (Aİ) maliyyələşdirdiyi INOGATE enerji proqramının ekspert heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) "Enerji Auditi və İdarə Edilməsi" üzrə magistr proqramı üçün tədris planının və təkliflərin inkişafına yönəlmiş dəstəyi çərçivəsində Bakıya ikinci və son səfərini həyata keçirir.
INOGATE təhsil proqramının təkmilləşdirilməsində Azərbaycan universitetinə yardım edir

Azərbaycan, Bakı, 5 may /Trend/

Avropa İttifaqinın (Aİ) maliyyələşdirdiyi INOGATE enerji proqramının ekspert heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) "Enerji Auditi və İdarə Edilməsi" üzrə magistr proqramı üçün tədris planının və təkliflərin inkişafına yönəlmiş dəstəyi çərçivəsində Bakıya ikinci və son səfərini həyata keçirir.

Trend xəbər verir ki, bazar ertəsi INOGATE-in yaydığı məlumatda deyilir ki, aparılan iş binalarda davamlı enerji ilə bağlıdır.

Ötən ilin dekabr ayından etibarən INOGATE Texniki Katibliyindən (İTK) olan bu ekspert qrupu universitetin enerji auditi və idarə edilməsi sahələri üzrə təhsil proqramının təkmilləşdirilməsində kömək məqsədilə AzMİU ilə sıx əməkdaşlıq aparır. Sonuncu səfər zamanı ekspertlər yerli professorlar və auditoriya ilə birlikdə yeni işlənmiş materialların mənimsənilməsi üçün xüsusi olaraq hazırlanmış eksperimental məruzələri sınaqdan keçirib. Eyni zamanda, İTK heyəti tərəfindən "Binalarda enerji idarə edilməsi və auditi"nə dair kurs dərsliyi təqdim edilib.

Ümumiyyətlə, bu dəstək universitetin davamlı enerjiyə dair təlim materiallarını yüksək standartlara uyğun olmasına kömək edəcək və gələcək üçün daha keyfiyyətli tikinti mütəxəssislərini yetişdirilməsinə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti