...

Aİ-Azərbaycan: INOGATE enerji sahəsində əməkdaşlıq və gələcəyə baxış

Energetika Materials 15 İyul 2014 12:36 (UTC +04:00)
İyulun 17-də Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən INOGATE regional enerji proqramı çərçivəsində Aİ və Azərbaycan arasında əldə olunan əməkdaşlıq sahəsındəki nəticələrə əsaslanaraq, gələcək işlərin müzakirəsinə həsr olunan tədbir keçiriləcək.
Aİ-Azərbaycan: INOGATE enerji sahəsində əməkdaşlıq və gələcəyə baxış

Azərbaycan, Bakı, 15 iyul /Trend/

İyulun 17-də Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən INOGATE regional enerji proqramı çərçivəsində Aİ və Azərbaycan arasında əldə olunan əməkdaşlıq sahəsındəki nəticələrə əsaslanaraq, gələcək işlərin müzakirəsinə həsr olunan tədbir keçiriləcək. Trend-in məlumatına görə, tədbir INOGATE texniki katibliyi və Azərbaycan Energetika Nazirliyi tərəfindən birgə təşkil olunacaq. Bu, INOGATE və Azərbaycanın əsas enerji sahəsində çalışan təşkilatları arasında dialoqun davam etdirilməsində və əməkdaşlığın genişləndirilməsində effektivliyin təmin olunmasına yardım edəcək.

Tədbirin məqsədi Azərbaycanda INOGATE sahəsində görülən işlərin nəticələrini araşdırmaq, həmçinin yaxın zamanda göstəriləcək köməyin əsas istiqamətlərini təyin etmək üçün razılığa gəlməkdir. Energetika sahəsində təcrübə mübadiləsi və bu sahədə ölkənin əsas prioritetlərini təyin etmək interaktiv formada təklif olunacaq.

INOGATE məruzəçiləri Aİ-nın təcrübəsinə əsaslanaraq, enerji resurslarının inkişafı , energetika statistikası, energetika siyasətində standartların səmərəliliyin artırılması üzrə xüsusi təqdimatla çıxış edəcəklər.

Tədbirdə Azərbaycanın enerji sektorunun inkişafının əsas məsələləri müzakirə olunacaq və INOGATE proqramı üzrə iş təcrübəsindən və gələcək planlardan danışılacaq.

INOGATE Aİ tərəfindən maliyyələşdirilən, Aİ və tərəfdaş ölkələr, həmçinin, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna və Ermənistan arasındakı beynəlxalq enerji əməkdaşlığını dəstəkləyən proqramdır. Proqramın fəaliyyəti dörd önəmli sahəyə yönəlib: tərəfdaş ölkələrin enerji bazarlarının Aİ-nin prinsip əsasları ilə uyğunlaşdırılması; enerji təhlükəsizliyinin möhkəmləndirilməsi; davamlı enerji inkişafının dəstəklənməsi; ümumi və regional maraq kəsb edən enerji (xüsusilə davamlı enerji) layihələrinə investisiyaların cəlb olunması.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti