...

"Günəşli" yatağında yeni quyu qazılır

Energetika Materials 18 Avqust 2014 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

"Günəşli" yatağındakı 13-cü özüldən 33 nömrəli quyuda qazma işləri davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3500 metr olan quyu "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 150 000 kubmetr qaz və 15 ton kondensat hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti