...

Bolqarıstan 2016-cı ildən Azərbaycan qazı almaq niyyətindədir

Energetika Materials 18 Sentyabr 2014 14:57 (UTC +04:00)
Bolqarıstan Prezidenti Rosen Plevneliyevin sentyabrın 20-də ölkəmizə səfəri zamanı 2016-cı ildən Azərbaycan qazının Bolqarıstana tədarükü məsələsi müzakirə olunacaq.
Bolqarıstan 2016-cı ildən Azərbaycan qazı almaq niyyətindədir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Bolqarıstan Prezidenti Rosen Plevneliyevin sentyabrın 20-də ölkəmizə səfəri zamanı 2016-cı ildən Azərbaycan qazının Bolqarıstana tədarükü məsələsi müzakirə olunacaq. Bu barədə Trend Bolqarıstan KİV-ə istinadən məlumat verir.

Tədarük ediləcək qazın həcminin ildə 200-300 milyon kubmetr olacağı nəzərdə tutulur.

Bu payız qaz borusunun tikintisi haqqında yekun investisiya qərarının qəbul ediləcəyi gözlənilir. Yunanıstan və Bolqarıstan arasında qaz borusunun tikintisi 2016-cı ildə başa çatmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti