...

"TANAP-ın gücünü artırmaqdan danışmaq hələ tezdir"

Energetika Materials 15 Dekabr 2014 19:31 (UTC +04:00)
İndiki mərhələdə Transanadolu qaz kəmərinin (TANAP) buraxılış gücünün artırılması barədə danışmaq hələ tezdir.
"TANAP-ın gücünü artırmaqdan danışmaq hələ tezdir"

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Emil İsmayılov/

İndiki mərhələdə Transanadolu qaz kəmərinin (TANAP) buraxılış gücünün artırılması barədə danışmaq hələ tezdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, layihə üzrə hesablamalar aparılıb, lazımi həcmdə investisiyalar müəyyənləşdirilib: "Bütün bunlar "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə edilmiş qaz nəzərə almaqla həyata keçirilib".

N.Əliyev qeyd edib ki, TANAP əvvəlcədən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə hesablanıb: "Əgər indiki mərhələdə "Şahdəniz"dən qaz hasilatı artırılarsa, 2021-2022-ci illərdə "Abşeron" yatağı istismara verilərsə, ARDNŞ-nin sərbəst işlədiyi yataqlarda qaz hasilatı artırılarsa, yeni yataqlar işə salınarsa, TANAP-ın genişlənməsi real olacaq. Hazırda bu barədə danışmağın mənası yoxdur".

Nazir əlavə edib ki, indiki mərhələdə TANAP və Transadriatik qaz kəmərlərinin tikintisi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi "Şahdəniz" layihəsinə hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti